DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Minsk qrupunun həmsədrlərindən ənənəvi bəyanat

Azərbaycan və Ermənistan prezidentləri münaqişənin həlli və digər əsas elementlərin müzakirəsi üçün həmsədrlərin təşkilatçılığı ilə ilin sonuna kimi görüş keçirilməsinə razılıqlarını təsdiqləyiblər.

Dailykarabakh-ın məlumatına görə, bu barədə ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andryu (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin 26-28 oktyabr tarixlərində regiona baş tutan səfərlərinin yekununa dair yaydıqları bəyanatda deyilir. Onlar səfər zamanı Azərbaycan və Ermənistan prezidentləri və xarici işlər nazirləri ilə, həmçinin Dağlıq Qarabağdakı de-fakto rəhbərliklə görüşdüklərini açıqlayıblar: “Biz prezidentlərə təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində zorakılığın təhlükəli olduğunu bildirdik. Mina və raket qurğuları kimi ağır texnikadan istifadə qəbuledilməzdir və dinc əhali üçün ciddi təhlükə yaradır. Biz itkilərə və günahsız insanlar arasında ölüm hallarına görə dərin təəssüf keçiririk və tərəflərin bu kimi zorakılıqların qarşısını almaq üçün addımlar atacaqlarını gözləyirik. Biz görüşlərdə təhlükəsizliklə bağlı vəziyyəti stabilləşdirmək və danışıqlar üçün daha konstruktiv atmosfer yaratmaq üçün təkliflər irəli sürdük”.



Bəyanatda həmsədrlər Bakıda Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri ilə görüşdüklərini də bildiriblər: “Biz sülh prosesinin ayrılmaz hissəsi kimi bu münaqişədən əziyyət çəkən tərəflər arasında dialoqu müdafiə edirik və ermənilərlə azərbaycanlıları bir araya gətirəcək proqramları dəstəkləyirik. Biz həmçinin İrəvanda Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görüşdük və itkin düşmüş şəxslər barədə məlumat mübadiləsinin həyata keçirilməsini müzakirə etdik. Həmsədrlər tərəfindən təmas xəttinin ənənəvi keçilməsindən dərhal sonra müəyyənləşdirməyin mümkün olmadığı tərəfdən davamlı atəşin açılması ATƏT-in monitorinq xidmətinin əməkdaşlarını gizlənməyə məcbur etdi. Tərəflər monitorinq heyətinin təhlükəsizliyini təmin etmək öhdəliyini üzərlərinə götürüblər. Bu hadisə sülh yolu ilə həll üçün əldə olunmuş nailiyyəti sarsıtmaq üçün qəsdən edilmiş səyi əks etdirir. Bu, həmçinin ATƏT-in atəşkəs rejiminin pozulmasını araşdırmaq imkanı əldə etməsinin vacibliyini göstərir".

XƏBƏRİ PAYLAŞ