DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Ceyms Uorlik: Minsk qrupu münaqişənin həllinə köməklik göstərmək üçün istənilən təşkilatla əməkdaşlığa hazırdır

ATƏT-in Minsk qrupu Avropa Şurası Parlament Assambleyasının Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı qətnamə layihəsini alqışlayır. Bunu Trend-ə Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik deyib.

C.Uorlik bildirib: “Biz AŞPA-nın qətnamə layihəsini oxumuşuq və AŞPA-nın məruzəçiləri və bu məsələdə maraqlı olan üzvləri ilə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlarla bağlı məsləhətləşmələr aparmaq niyyətindəyik”.

C.Uorlik vurğulayıb ki, Minsk qrupu münaqişənin uzunmüddətli həlli yollarının tapılmasına köməklik göstərmək üçün istənilən təşkilatla əməkdaşlıq etməyə hazırdır.

Qeyd edək ki, AŞPA-nın Demokratiya və Siyasi Məsələlər Komitəsinin məruzəçisi Robert Valterin "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” hazırladığı hesabat əsasında bu komitədə qəbul olunan qətnamədə Ermənistan Silahlı Qüvvələrinin Dağlıq Qarabağdan və Azərbaycanın digər işğal edilmiş ərazilərindən çıxarılmasına çağırış edilir.

XƏBƏRİ PAYLAŞ