DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

XİN: Azərbaycanın işğal olunmuş ərazilərində unikal kolleksiyalar digər dövlətlərdə satışa çıxarılıb

Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü nəticəsində Azərbaycanın tarixi və mədəni irsinin dağıdılması və təhqir olunması ilə bağlı hesabatını yeniləyib.

XİN-dən Dailykarabakh-a bildirilib ki, “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı davam edən təcavüzü nəticəsində Azərbaycanın tarixi və mədəni irsinin dağıdılması və təhqir olunması” haqqında hesabat həm də Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyanın YUNESKO-nun Baş Assamlyeasının 38-ci sessiyasında yalan və təhriflərə əsaslanan çıxışına cavabdır.
Hesabatda qeyd olunur ki, Azərbaycan torpaqlarının işğalı ölkənin mədəni irsi üçün həm işğal olunmuş ərazilərdə, həm də Ermənistanda faciəvi nəticələr doğurmuşdur: “Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayonun (Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Ağdam), eləcə də Dağlıq Qarabağ regionundan uzaqda, Ermənistanla sərhəddə yerləşən Qazax rayonunun yeddi kəndi və Naxçıvanın Kərki kəndinin 738 tarixi abidə, 83500-dən çox eksponatla 28 muzey, 4 şəkil qalereyası, 14 xatirə kompleksi və 1107 mədəni müəssisədən ibarət 1891 ədəd mədəni resursla işğal olunması Azərbaycan üçün böyük mədəni itkiyə gətirib çıxarmışdır”.
XİN-in hesabatında göstərilir ki, həmin ərazilərdə milli əhəmiyyət kəsb edən tarixi abidələrə VI əsrin Alban Ağoğlan monastırı, Laçında XIV əsrin Məlik Əjdər türbəsi, Xocavənddə IV əsrin Alban Amaras monastırı və əhəmiyyətli sayda Alban məbədləri, XVIII əsrin Əsgəran qalası, Xocalıda XIV əsrin türbələri və tarixi Orta Əsrlərə gedib çıxan bir sıra Alban məbədləri, VI əsrin Alban Müqəddəs Yakob və XIII əsrin Alban Xatirəvəng monastırları, Kəlbəcərdə XIII-XIV əsrlərin Lek qalası, Qazaxda V-VIII əsrlərin Alban monastırı, Füzulidə XIII-XIV əsrlərin Mirəli türbəsi və XVII əsrin karvansarayı, Zəngilanda XIV əsrin türbəsi, Cəbrayılda XVII əsrin məscid kompleksi, Şuşada XVII-XIX əsrlərin Yuxarı və Aşağı Gövhərağa və Saatlı məscidləri, karvansarayları və evləri, Ağdamda XIX əsrin məscidi, Qaraköpəktəpə, Xantəpə, Günəştəpə, Uzuntəpə, Meynətəpə və Zərgərtəpə kimi arxeoloji yerləri, Füzulidə Neolit və Bürünc dövrlərinin yaşayış əraziləri, Bürünc dövrünün Çıraqtəpə və Qaraqhacı kimi yaşayış əraziləri, Ağdamda Orta dövrün Gavurqala yaşayış ərazisi, 5 Cəbrayılda Bürünc dövrünün İmanqazantəpə və Qışlaq qum təpələri, Kəlbəcərdə Bürünc dövrünün qaya rəsmləri, Xocalıda Bürünc və Dəmir dövrlərinin daş nekropolu, Sədərəkdə Bürünc dövrünün yaşayış sahəsi və nekropolu, Laçında Bürünc və Dəmir dövrlərinin qum təpələri, Daş dövrünün mağarası, Şuşada Bürünc və Dəmir dövrlərinin qum və daş qəbiristanlıqları, Zəngilanda XIII-XIV əsrlərin yaşayış ərazisi daxildir.
Hesabatda yazılır: “Azərbaycanın işğal edilmiş ərazilərində dünya əhəmiyyətli abidələrə Cəbrayılda orta əsrlərə aid 11 və 15 tağlı Xudafərin körpüləri və Tunc dövrünə aid Niftalı kurqanları, Kəlbəcərdə orta əsrlərə aid Gəncəsər və Xudavanq monastırları, Ağdamda XIV əsrə aid Qutlu Musa oğlu türbəsi və Tunc dövrünə aid Üzərliktəpə yaşayış massivi, Xocavənddə Paleolit dövrünə aid Azıx və Tağlar mağarası və Xocalıda Tunc və Dəmir dövrünə aid kurqanlar daxildir.
Arxitektur zənginlikləri, arxeoloji abidələri və mənzərəli təbiəti ilə yanaşı, Qarabağ həmçinin yalnız Azərbaycanın deyil, dünyanın mədəni irsinə böyük töhfələrini vermiş və beynəlxalq səviyyədə tanınmış Vaqif, Natavan, Nəvvab, Hacıbəyov, Bülbül kimi istedadlar diyarıdır.
Hərbi işğalın davamı olaraq, bu irsin bilərəkdən dağıdılması siyasəti həm Azərbaycan mədəniyyətinə, həm də dünya sivilizasiyasına sarsıdıcı zərbə olub və olmaqda da davam edir. Şuşa və Qarabağın digər şəhər və kəndlərinin mədəni görünüşünün bilərəkdən dəyişdirilməsi, arxeoloji xüsusiyyətlərin dəyişdirilməsi və “arxeloji” qazıntılar aparılması halları Ermənistanın bu ərazilərin və abidələrin Azərbaycana məxsusluğunun carçısı olan əlamətlərin aradan qaldırılması kimi uzaq məqsədli bir siyasət yürütdüyünə əyani sübutdur”.
XİN-in hesabatında bildirilir ki, 1994-cü ildən imzalanmış atəşkəsdən keçən 20 il müddətin təhlili göstərir ki, hərbi əməliyyatlar belə erməni tərəfi qədər Azərbaycan abidələrinə ziyan vurmamışdır: “Hərbi əməliyyatların dərhal ardınca Şuşa şəhərində mədrəsələri ilə birgə Yuxarı və Aşağı Gövhərağa məscidi, Vaqif Mavzoleyi, Natavanın evi, karvansaray kimi arxeoloji abidələr dağıdılmış, yandırılmış və talan edilmişdir; son dövrlər sübut edir ki, erməni vandalizmi daha da intensiv xarakter almış və demək olar ki, dağıntı və ya zədəyə məruz qalmayan Azərbaycan abidəsi qalmamışdır.
Digər şəhərlər üzrə, Ağdamın Əbdal və Gülablı kəndlərində “Pənah xan İmarəti” məscidlər kompleksi, Ağdam rayonunda Uğurlu bəy məzarlığı və Qurban Pirimovun evmuzeyi, Xocalıda XIV əsrə aid kurqanlar, Başlıbel və Otaqlı kəndlərində məscidlər, Kəlbəcərin Moz, Keşdağ və Yuxarı Ayrım kəndlərində qədim məzarlıqlar, Zəngilanın Qıraq Muşlan, Malatkeşin, Babaylı və İkinci Ağalı kəndlərində məscidlər, Zəngilanın Babaylı və Şərifan, Cahangirbəyli kəndlərində orta əsr məzarlıqları, Qubadlı rayonunda Qayalı və Məmər kəndlərində qədim məzarlıqlar və məscid, Laçının Qarıqışlaq kəndində məscid və Zabux kəndində qədim məzarlıq, Cəbrayılın Çələbilər kəndində məscid kompleksi və Xubyarlı kəndində qədim məzarlıq, Füzuli şəhərində məscidlər və Qoçəhmədli, Mərdmli, Qarğabazar kəndlərində, Xocavəndin məzarlıqları, Ağhullu, Kuropatkina, Düdükçü və Salakatin kəndləri və Xocavəndin Tuğ kəndində qədim məzarlıq, Tərtərin Ümüdlü kəndində qədim hamamlar, Sədərəkin Kərki kəndində məzarlıq dağıdılmış, yandırılmış və talan edilmişdir”.
Hesabatda qeyd edilir: “Kəlbəcər rayonunda qədim sikkələr, qızıl və gümüş işləmələr, nadir və qiymətsiz daşlar, xalça və digər əl işlərindən ibarət unikal kolleksiyaya malik Tarix Muzeyi, Şuşa muzeyləri, Laçın Tarix Muzeyi, Ağdam Tarix və Qida Muzeyi dağıdılmış, talan edilmiş və sərgi nümunələri digər dövlətlərdə satışa çıxarılmışdır. Şairə Natəvan, bəstəkar Üzeyir Hacıbəyovun və ifaçı Bülbülün tunc heykəlləri Azərbaycan hökumətinin onları 500 min dollar qiymətinə almayacağı təqdirdə, Gürcüstanda metal parçası kimi satılacaqdı. Həmçinin Laçın Tarix Muzeyinin eksponatı olan gümüş əl çantası Londonda Sotheby`s auksionunda 80 min dollara satılmışdır.
Bu kimi vandalizm aktları işğal edilmiş ərazilərin Azərbaycana məxsus mədəni görünüşünü dəyişmək üçün müxtəlif metodlarla müşayiət olunmuşdur. Buna misal olaraq, Laçın şəhərində erməni kilsəsinin tikintisi, uşaq musiqi məktəbi, kitabxana, dərnək və infrastruktur vasitələrin dağıdılması ilə Xocalı hava limanındakı uçuş zolağının genişləndirilməsini göstərmək olar. Digər istifadə olunan təcrübə müxtəlif abidələrin arxitektur detallarının dəyişdirilməsidir, məsələn, Şuşa şəhərində Saatlı məscid və Xanlıq Muxtar karvansaraları, abidələrin Azərbaycan-İslam elementləri və ərəb dilində yazıların erməni xaçı və yazısı ilə əvəzlənməsi buna misaldır.
Ermənistan işğal edilmiş Xocavənd rayonunda Azıx mağarasında 2003-cü ildən və işğal edilmiş Ağdam şəhərinə yaxın ərazilərdə 2005-ci ilin martından “arxeoloji qazıntılar” həyata keçirir.
Azərbaycanın işğal edilmiş ərazilərində qəbirlərin qarət edilməsi, məzarlıq və qəbirlərin mədəniyyət nümunələrinin və ya dəyərli əşyaların oğurlanması məqsədilə üstünün açılması təcrübəsi haqqında geniş hesabatlar mövcuddur.
Ermənistan ərazisində olan Azərbaycana məxsus tarixi və mədəni irs də eyni aqibəti yaşayır. Azərbaycanın orta əsr şəhərlərindən biri İrəvandakı (hazırda Yerevan) Dəmirbulaq məscidi yer üzündən silinmişdir, Göy məscid isə orijinal xüsusiyyətlərinin dəyişdiriməsi məqsədilə “yenidən təmir edilmişdir”. Dağıdılmış arxitektur abidələri arasında XVIII əsrin ikinci yarısında Qara Seyid tərəfindən İrəvanda tikilmiş Hacı Novruzəli bəy məscidi və Səfəvi və Qacar dövrünün qiymətli saray arxitektura nümunəsi olan “Sərdar sarayı” və ya “Xan sarayı” saraylar kompleksidir. İrəvanın Sərdar məscidi (bəzən Abbas Mirzə məscidi adlandırılır) də sistemli dağıntıya məruz qalmış və 2014-cü ildə tamamilə məhv edilmişdir. Ermənistanda Cəfərabad (ad Argavand adı ilə dəyişdirlimşidir) kəndində 1413-cü ildə tikilmiş Əmir Saad mavzoleyi də dağıdılmış abidələr sırasındadır. Mavzoleyin Azərbaycana məxsusluğu əlamətinin aradan 8 qaldırılması üçün üzərində ərəb dilində yazılmış “Pir Budaq xanın hakimiyyəti dövründə Əmir Pir Hüseynin əmri ilə tikilmişdir” sözləri silinərək, abidənin adı “Türkmən Əmirləri ailəsinin mavzoleyi” adlandırılmışdır. Həmçinin, Ermənistanda olan qədim və yeni Azərbaycana məxsus qəbirstanlıqlar məhv edilmişdir. İşğal edilmiş ərazilərdə olduğu kimi, Ermənistanda olan Azərbaycanın tarixi yerlərində toponimlər orijinal xarakterinin dəyişdirilməsi məqsədilə dəyişdirilmişdir”.

XƏBƏRİ PAYLAŞ