DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Düşmənin təxribatının qarşısı alınıb, erməni hərbçiləri məhv edilib

Noyabrın 12-də axşam saatlarında Ermənistan ordusunun kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə basqın etməyə cəhd göstərib.

Dailykarabakh-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin əvvəlcədən düşməni aşkar etməsi, görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə vurulan atəş zərbəsindən sonra işğalçılar geri çəkilməyə məcbur edilib.

İlkin məlumata əsasən düşmənin diversiya qrupunun 2 üzvü öldürülüb və xeyli sayda yaralıları var. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri heç bir itki verməyib, əməliyyat şəraiti tam nəzarət altındadır.

XƏBƏRİ PAYLAŞ