DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Grant Thornton İnternational vəd verdi: Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərməyəcək

Grant Thornton İnternational şirkəti Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını, şirkətin fəaliyyətini beynəlxalq hüquq və milli qanunvericiliyin tələbləri çərçivəsində qurduğunu vurğulayır, beynəlxalq tərəfdaş və müştərilərə yüksək səviyyəli, peşəkar xidmətlər göstərməyə davam edəcəyini bildirir.

Dailykarabakh-ın məlumatına görə, bu barədə Grant Thornton Azərbaycan şirkətinin bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Sənaye və Nazirliyinin Grant Thornton İnternational şirkətinin üzvü olan Grant Thornton Ermənistan şirkəti tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində iqtisadi fəaliyyəti təşviq edən nəşrlərin buraxılması ilə bağlı mətbuatda yaydığı bəyanatın ardınca Grant Thornton Azərbaycan şirkətinin idarəedici tərəfdaşı Farouk Mohamed nazirliyin narahatçılığına dərhal və müsbət reaksiya verərək Grant Thornton İnternational tərəfindən Azərbaycanın qanun və qaydalarının pozulmasına və onlara tabe olunmamasına heç bir halda imkan verilməyəcəyini bəyan etmişdi.

Grant Thornton Azərbaycan şirkəti dərhal Grant Thornton Ermənistan şirkətindən Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Dağlıq Qarabağ və ətraf ərazilərdə qeyri-qanuni biznes fəaliyyətlərinin birbaşa və ya dolayı yolla təşviqi üçün hazırda və gələcəkdə hər hansı nəşr və sənədlərin çıxarılmayacağına dair rəsmi vəd alıb və bu vədi İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim edib.

​“Grant Thornton şirkəti bir daha Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını, şirkətin fəaliyyətini beynəlxalq hüquq və milli qanunvericiliyin tələbləri çərçivəsində qurduğunu vurğulayır, beynəlxalq tərəfdaş və müştərilərə yüksək səviyyəli, peşəkar xidmətlər göstərməyə davam edəcəyini bildirir”, - deyə bəyanatda bildirilir.

XƏBƏRİ PAYLAŞ