DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Rəsmi Bakı Türkiyə-Rusiya əlaqələrinin gərginləşməsindən təəssüflənir

Azərbaycan təəssüf edir ki, Türkiyə-Rusiya əlaqələri belə gərginləşib. Dailykarabakh-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Twitter-dəki səhifəsində yazıb.

N. Məmmədov qeyd edib: "Türkiyə bizim ən yaxın müttəfiqimizdir, eləcə də Rusiya bizə çox yaxın dost ölkədir. Hər iki ölkə ilə Azərbaycanı tarixi əlaqələr bağlayır. Hər iki ölkə ilə əlaqələrimiz ən yüksək səviyyədədir. Azərbaycan çox istəyir ki, dostları arasında heç bir qarşıdurma olmasın. Azərbaycan gərginliyin azalması işində öz töhfəsini verməyə hazırdır".

XƏBƏRİ PAYLAŞ