DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Ermənilər işğal etdikləri ərazilərdə 927 kitabxananı dağıdıb, 4,6 milyon nüsxə kitab və qiymətli əlyazma məhv edilib

“İşğal olunmuş Azərbaycan ərazilərində ermənilər tərəfindən 927 kitabxana dağıdılıb”.

Dailykarabakh-ın xəbərinə görə, bunu Müəllif Hüquqlarının Agentliyinin sədri Kamran İmanov Bakıda keçirilən “Arxivlər, kitabxanalar və təhsil müəssisələri üçün istisnalar və məhdudiyyətlər” mövzusunda beynəlxalq seminarda çıxışında deyib.

O bildirib ki, dağıdılan 927 kitabxanada 4,6 milyon nüsxə kitab və qiymətli əlyazmalar da erməni işğalçıları tərəfindən məhv edilib.

K. İmanov qeyd edib ki, Azərbaycanın Əqli Mülkiyyət Hüquqları tapdalanıb: “Mədəniyyət məfhumu işğalçılara yaddır. Erməni işğalçıları maddi və qeyri-maddi irsimizə təcavüz ediblər. Azərbaycanın mədəni irsi xüsusi qəddarlıqla talan edilməkdədir”. /APA/

XƏBƏRİ PAYLAŞ