DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Almaniyanın ATƏT-də sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsi prioritet məsələ olmayacaq

Avropalı ekspert Mattias Dornfeldt hesab edir ki, Almaniya ATƏT-də sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinə prioritet diqqət ayırmayacaq. Hərçənd postsovet məkanında dondurulmuş münaqişələr problemi təşkilatda Berlinin gündəliyinə daxil olacaq.

Berlin Qafqaz və Xəzər Araşdırmaları üzrə Avropa İnstitutunun rəhbəri M.Dornfeldt Trend-ə bildirib ki, postsovet məkanında dondurulmuş münaqişələr problemi Almaniyanın ATƏT-dəki sədrliyinin gündəliyinə daxil olacaq.

Digər ekspertlərin fikrincə, Almaniya ATƏT-də sədrliyi dövründə diqqətini Suriyadakı vəziyyətə və Avropada miqrasiya böhranına ayıracaq.

XƏBƏRİ PAYLAŞ