DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

ATƏT-in monitorinqi zamanı insident baş verib?

Bu gün qoşunların təmas xəttində keçirilən növbəti monitorinq insidentsiz baş tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Dailykarabakh-a verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq dekabrın 2-də Ağdam rayonunun Orta Qərvənd kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Piter Svedberq keçiriblər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov, Jiri Aberle və Saymon Tiller keçiriblər.

XƏBƏRİ PAYLAŞ