DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

"Azərbaycan və Ermənistan prezidentləri dekabrın sonunda görüşə bilərlər"

Azərbaycan və Ermənistan prezidentləri arasında görüş bu ayın sonu keçirilə bilər.

Dailykarabakh-ın xəbərinə görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Twitter” səhifəsində yazıb.

“Bu ayın sonunda Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün təşkili üçün çalışırıq”, - deyə o qeyd edib.

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan da Belqradda jurnalistlərə açıqlamasında prezidentlərin görüşünün dekabra planlaşdırıldığını bildirib.

XƏBƏRİ PAYLAŞ