DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Azərbaycan və Rusiya hərbi sahədə əməkdaşlıq planını imzaladılar

Dekabrın 23-də Moskva şəhərində səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə görüşüb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Dailykarabakh-a verilən məlumata görə, görüş zamanı regional təhlükəsizliyin aktual məsələləri, həmçinin Rusiya və Azərbaycan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və vəziyyəti barədə fikir mübadiləsi aparılıb.

Müdafiə nazirləri hərbi sahədə 2016-cı il üçün əməkdaşlıq planını imzalayıblar.

XƏBƏRİ PAYLAŞ