DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

ATƏT rəsmisi: Azərbaycanın separatçı regionunda qondarma "seçkilər"i tanımır

ABŞ Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır, buna görə də Vaşinqton qondarma “seçkilər”in nəticələrinin Dağlıq Qarabağın hüquqi statusuna təsirini qəbul etmir.

Bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik mətbuata müsahibəsində deyib.

C.Uorlik sentyabrın 13-də Azərbaycanın işğal edilmiş ərazilərindəki separatçı rejimin “özünüidarə orqanları”na qanunsuz “seçkilər” keçirməyi planlaşdırması məsələsini belə şərh edib.

Bu yaxınlarda Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində gərginliyin artması haqqında sualı cavablandıran həmsədr qeyd edib ki, ilin böyük hissəsi təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində nisbi sakitlik olub: “Biz tərəflərə gərginliyi azaltmaq və atəşkəs rejiminə ciddi riayət etmək çağırışları ilə müraciət etmişik. Həmçinin atəşkəs rejimini gücləndirən və nizamlanmaya gətirib çıxaracaq danışıqlar üçün daha əlverişli şərait yaradan etimadın möhkəmləndirilməsi üzrə tədbirlər təklif etməyi davam etdiririk”.

Onun sözlərinə görə, Minsk qrupunun həmsədrləri sentyabrda BMT Baş Assambleyası çərçivəsində münaqişə tərəflərinin xarici işlər nazirləri ilə görüşlər keçirəcəklər: “Biz nazirlərlə bu il prezidentlərin növbəti görüşünün mümkünlüyünü müzakirə edəcəyik”.

C.Uorlik əlavə edib ki, həmsədrlər payızda regiona səfər etməyi planlaşdırırlar.

C.Uorlik əlavə edib ki, həmsədrlər payızda regiona səfər etməyi planlaşdırırlar.

XƏBƏRİ PAYLAŞ