DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Azərbaycanda mina partlayışı zaman 3 nəfər həlak olub

2015-ci ilin dekabr ayı ərzində 275,278 kvadrat metr ərazi yoxlanılmış, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənmişdir. 43 ədəd PHS aşkar edilərək zərərsizləşdirilib.

Bu barədə Dailykarabakh-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) mətbuat xidmətindən verilən məlumatda bildirilir.

2015-ci il ərzində 36,335,048 kvadrat metr ərazi yoxlanılmış, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənmiş və 24,497 ədəd mina və PHS aşkar edilərək zərərsizləşdirilmişdir.

Əməliyyatlarda 507 nəfər minaaxtaran mütəxəssis və 123 nəfər yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 314,730,926 kvadrat metr ərazi təmizlənmişdir. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 713,938-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağcabədi, Ağdam, Füzuli və Tərtər rayonlarında davam etdirilir.

2015-ci ilin dekabr ayı ərzində 1 mina/PHS hadisəsi qeydə alınmışdır.

Ümumilikdə 2015-ci il ərzində 9 mina/PHS hadisəsi qeydə alınmış, 11 nəfər zərərçəkmiş və 3 nəfər həlak olmuşdur.

XƏBƏRİ PAYLAŞ