DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Dağlıq Qarabağdakı separatçı rejimin sponsoru olan erməni iş adamına yeni ittiham irəli sürülüb

Dağlıq Qarabağdakı separatçı rejimin əsas sponsoru olan erməni iş adamı Levon Ayrapetyanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, erməni iş adamına qarşı bu dəfə dələduzluq yolu ilə mənimsəmə ittihamı irəli sürülüb.

Dövlət ittihamçısı çıxışında Levon Ayrapetyanın terrorçuluğa və digər ağır cinayətlərə görə ömürlük azadlıqdan məhrum olunan eks-senator İqor İzmestiyevin anasından oğlu barəsində çıxarılan məhkəmə qərarının yumşaldılması müqabilində 700 min ABŞ dolları alaraq ona qarşı dələduzluq etdiyini söyləyib.

L. Ayrapetyan isə ona qarşı irəli sürülən bu ittihamı rədd edib. Bu cinayət sübuta yetirildiyi təqdirdə, L. Ayrapetyanı 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, L. Ayrapetyana qarşı bundan əvvəl də cinayət işi açılıb. O, “Başneft” işi ilə əlaqədar mənimsəmə və çirkli pulların yuyulmasında ittiham olunur.

İstintaqın məlumatına görə, L. Ayrapetyanın ikili vətəndaşlığı və xaricdə daşınmaz əmlakı var. Son zamanlar onun Monakoda yaşadığı qeyd olunub. Məhz bu faktlara əsasən istintaq orqanları onun barəsində həbs qətimkan tədbirinin seçilməsini vacibliyinin vurğulamışdılar. Ötən ilin oktyabrında isə məhkəmə onun barəsində həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib.

XƏBƏRİ PAYLAŞ