DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Almaniya ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların intensifikasiyasının tərəfdarıdır

Almaniya ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların intensifikasiyasının tərəfdarıdır. Dailykarabakh-ın məlumatına görə, bunu "İnterfaks"a müsahibəsində Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer deyib.

O bildirib: "Sözün düzü bu münaqişələrin dondurulmuş adlandırılması ilə barışmaq istəməzdim. İldən-ilə onlardan insanlar əziyyət çəkir, müvafiq regionların inkişafı ləngiyir. Kiçik, lakin konkret addımlarla atəşkəs rejimini stabilləşdirməyi, etimadı möhkəmləndirməyi və yerlərdə insanların gündəlik həyatını yüngülləşdirməyi - məsələn, iqtisadi mübadilənin gücləndirilməsi yolu ilə - planlaşdırırıq".

XİN rəhbərinin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsində Ermənistan və Azərbaycan arasında sərhəddə təmas xətti boyunca silahlı toqquşmalar narahatlıq doğurur: "Almaniya ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların intensifikasiyasının tərəfdarıdır".

O əlavə edib ki, atəşkəs rejiminin pozulması şəraitini araşdırmaq üçün mexanizmin yaradılması vacib addım ola bilərdi.

XƏBƏRİ PAYLAŞ