DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

NATO rəsmisindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlama

NATO Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir. Dailykarabakh-ın məlumatına görə, bunu Bakıda jurnalistlərə NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay deyib.

Onun sözlərinə görə, NATO Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə birbaşa cəlb olunmayıb: "Lakin mövqemiz ondan ibarətdir ki, ATƏT-in Minsk qrupunun səylərini və münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik".

C.Appaturay qeyd edib ki, NATO qoşunların təmas xəttində vəziyyətin gərginliyindən narahatdır: "Biz münaqişə tərəflərini sülh tənzimlənməsi istiqamətində işləməyə çağırırıq. NATO-nun iki üzv ölkəsi həm də ATƏT-in Minsk qrupunun üzvləridir. Təşkilatın rəsmi mövqeyi ATƏT-in Minsk qrupunu və münaqişənin sülh nizamlanmasını dəstəkləməkdən ibarətdir".

XƏBƏRİ PAYLAŞ