DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

İsrail eksperti: Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Ermənistanın destruktiv mövqeyi Azərbaycanı digər təzyiq vasitələrinə əl atmağa vadar edir

“Son illər Azərbaycan və Ermənistan arasında aparılan danışıqların təcrübəsi göstərir ki, yaxın gələcəkdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş gözləməyə dəyməz. Tərəflərin yaxın gələcəkdə nizamlamanın sülh sazişinin əsasında yer alacaq əsas prinsiplərini yekun olaraq razılaşdıracaqlarına inanmaq çox çətindir”.

“Son illər Azərbaycan və Ermənistan arasında aparılan danışıqların təcrübəsi göstərir ki, yaxın gələcəkdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş gözləməyə dəyməz. Tərəflərin yaxın gələcəkdə nizamlamanın sülh sazişinin əsasında yer alacaq əsas prinsiplərini yekun olaraq razılaşdıracaqlarına inanmaq çox çətindir”. Bunu dailykarabakh-a açıqlamasında beynəlxalq əlaqələr üzrə israilli ekspert Arye Qut deyib.

A.Qut bildirib ki, münaqişənin nizamlanmasında Ermənistanın destruktiv mövqeyi Azərbaycanı digər təzyiq vasitələrinə əl atmağa vadar edir: “Azərbaycan diplomatiyasının danışıqlar prosesində iştirak etməsi faktı hələ ümidin ən son qalıqlarının qaldığını təsdiq edir. Ancaq həmişə uzatma prosesinin də sonu olur. Biz Azərbaycanın müdafiə məqsədlərinə çəkdiyi xərclər barədə yaxşı məlumatlıyıq ki, bu da Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının getdikcə azaldığını göstərir”.

İsrailli ekspert deyib ki, Azərbaycan Prezidentinin bir neçə il əvvəl qarşıya qoyduğu tapşırıq – ölkənin hərbi xərclərini Ermənistanın bütün xərclərinə bərabərləşdirmək – artıq reallaşdırılıb. Hazırda Azərbaycanda hərbi xərclərə çəkilən vəsaitlər Ermənistanın bütün büdcəsini 50 faiz üstələyir: “Hərbi xərclərin Azərbaycanın dövlət büdcəsində birinci yer tutması faktdır və bu, başa düşüləndir. Qoşunların təmas xəttində baş vermiş son hadisələr bir daha təsdiq edir ki, Azərbaycanın ölkənin işğal edilmiş ərazilərində erməni işğalçılarına qarşı cavab zərbəsi amansız və güclü olacaq. Fikrimcə, Ermənistan ciddi, hətta çox ciddi itkilər verib, həmişə olduğu kimi ermənilər bu məlumatı gizlədirlər. Məhz buna görə tamamilə aydındır ki, rəsmi Bakı regionda mövcud status-kvo ilə heç vaxt razılaşmayacaq və Ermənistan dərk etməlidir ki, Azərbaycanın səbri tükənir və rəsmi Bakı beynəlxalq hüquq normalarına əsasən təkcə özünümüdafiə deyil, həm də Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini azad etmək hüququna malikdir”.

Onun fikrincə, rəsmi Bakının münaqişənin nizamlanması üzrə danışıqlar prosesində mövqeyi və milli maraqları ondan ibarətdir ki, Azərbaycan ilkin tədbirlər qismində Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal edilmiş rayonlarından çıxarılmasını, eləcə də azərbaycanlı məcburi köçkünlərin yaşayış yerlərinə qaytarılmasını tələb edir: “Rəsmi Bakı bunun əvəzində Qarabağa Azərbaycanın tərkibində ən yüksək özünü idarəetmə statusu verməyə hazırdır. Statusun forma və dərəcəsi ATƏT-in Minsk Qrupunun himayəsi altında keçirilən danışıqlar prosesində hazırlanmalıdır. Təəssüf ki, hazırda münaqişənin nizamlanması üzrə ATƏT-in Minsk Qrupu demək olar ki, hərəkətsizdir və iflic vəziyyətindədir, münaqişənin həlli ilə bağlı Ermənistana heç bir təsir göstərmək iqtidarında deyil”.

XƏBƏRİ PAYLAŞ