DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Zakir Həsənov: “Ermənistanın işğalçılıq siyasəti sülh prosesini yubadır”

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiyanın ölkəmizdəki səfiri Neboyşa Rodiçlə görüşüb.

Müdafiə Nazirliyindən Dailykarabakh-a verilən məlumata görə, müdafiə naziri regiondakı hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubandığını və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərdiyini diqqətə çatdırıb.

Müxtəlif sahələrdə Azərbaycan-Serbiya əməkdaşlığının inkişaf etdirilməsində qarşılıqlı marağın olduğu vurğulandığı görüşdə ölkələrimiz arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.

XƏBƏRİ PAYLAŞ