DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Kaliforniyanın Silikon Vadisində Xocalı qətliamına dair video-süjet nümayiş olunur (VİDEO)

Kaliforniyanın məşhur Silikon Vadisində Xocalı qətliamına dair video-süjet nümayiş olunur

ABŞ-ın Kaliforniya ştatında fəaliyyət göstərən Amerika Azərbaycan Mədəniyyət Cəmiyyətinin (AAMC) təşəbbüsü ilə yerli ictimai televiziya kanalında Xocalı qətliamına dair video-süjetin uzunmüddətli nümayişinə başlanılıb. Nümayişdə, Xocalı qətliamı zamanı ermənilərə əsir düşən azərbaycanlı qadın Dürdanə Ağayeva ilə lentə alınmış video-müsahibə tamaşaçılara təqdim olunmaqdadır. Qeyd edək ki, bu video-müsahibə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun sifarişi əsasında 2015-ci ildə Los Ancelesdə hazırlanıb.

AAMC-nin nümayəndəsi və Azərbaycan icmasının fəallarından Zərifə Musayeva Dailykarabakh-a bildirib ki, video-müsahibə 22 fevral tarixindən göstərilməkdədir. O, qeyd edib ki, sözügedən müsahibəni “MidPen” Media Mərkəzinə məxsus ictimai televiziya kanalı nümayiş etdirməkdədir. Z.Musayeva nümayişin 5 mart tarixinə qədər davam edəcəyini bildirib.

Qeyd edək ki, regional əsasda fəaliyət göstərən “MidPen” kanalı Kaliforniyanın şimalında yerləşən Aterton, Şərqi Palo Alto, Menlo Park və Palo Alto şəhərlərinə yayım həyata keçirməkdə və 150 minə yaxın fəal tamaşaçı kütləsinə xidmət etməkdədir. Sözügedən şəhərlər Silikon Vadisi adı ilə tanınan və nüfuzlu global texnologiya müəssisələrinin fəaliyyət göstərdiyi ərazi vahidinə daxildir.

XƏBƏRİ PAYLAŞ