DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Yazın ilk ayı Dağlıq Qarabağda hava necə olacaq?

Yazın ilk ayı Dağlıq Qarabağda hava iqlim normasına yaxın olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Dailykarabakh-a bildiriblər ki, mart ayında Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 1-3 dərəcə isti (gecələr 3-8 dərəcə isti, bəzi günlərdə 4-9 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 18 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 42-52 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

XƏBƏRİ PAYLAŞ