DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Federika Mogerini: Regionda sabitliyin bərqərar olması vacibdir

“Bu tədbirin təşkili üçün Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürümü bildirirəm. Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyirik”.

Dailykarabakh-ın məlumatına görə, bunu Bakıda keçirilən “Cənub Qaz Dəhlizi” layihəsinin Məşvərət Şurasının II iclasında Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini deyib.

O bildirib ki, Cənub Qaz Dəhlizi layihəsi yalnız şaxələndirməyə deyil, enerji təhlükəsizliyi və siyasi-iqtisadi əlaqələrin gücləndirilməsinə töhfədir: “Bu prosesə verdiyi təkana görə Avropa İttifaqı adından Azərbaycana minnətdarlıq edirəm. Cənub Qaz Dəhlizi Avropa İttifaqı ilə Azərbaycan arasında yeni mərhələdir”.

F. Mogerini qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli vacibdir: “Regionda sabitliyin bərqərar olması vacibdir. Avropa İttifaqı Cənubi Qafqazda sülhün qorunması ilə bağlı davamlı səylərini davam etdirir”.

XƏBƏRİ PAYLAŞ