DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Pedro Aqramunt: "Dağlıq Qarabağ və Azərbaycanın digər bölgələrinin işğalı probleminin həllinin tapılması olduqca vacibdir"

"Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında çıxılmaz vəziyyətin nəticələriylə üz-üzə qalmaqda davam edir". "Report" xəbər verir ki, bunu AŞPA prezidenti Pedro Aqramunt Azərbaycana rəsmi səfərinin yekunlarına əsasən deyib.

"Dağlıq Qarabağ və Azərbaycanın digər bölgələrinin işğalı probleminin həllinin tapılması olduqca vacibdir. Bu münaqişə təkcə Ermənistan və Azərbaycanın iqtisadiyyatına və cəmiyyətinə təsir etməklə ölkələrin sabitliyini pozmur, həm də ölkələrin demokratiya, insan hüquqları və qanunun aliliyi sahəsində inkişaf qabiliyyətinə mənfi təsir göstərir", - deyə P.Aqramunt bildirib.

XƏBƏRİ PAYLAŞ