DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Berlindən baxış: Dağlıq Qarabağ münaqişəsi Rusiya və Qərb arasındakı qarşıdurmanın həll edilməsi fonunda öz həllini tapa bilər

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Rusiya və Qərb ölkələri arasındakı qarşıdurmanın həll edilməsi fonunda öz həllini tapa bilər.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Rusiya və Qərb ölkələri arasındakı qarşıdurmanın həll edilməsi fonunda öz həllini tapa bilər. Bunu dailykarabakh-a açıqlamasında Berlində fəaliyyət göstərən iranlı politoloq Həsən Şəriətmədari deyib.

Politoloq hesab edir ki, Ermənistanın bu bölgə ilə bağlı tarixi tamahının olması ilə yanaşı, digər tərəfdən Rusiya və Qərb ölkələri, xüsusilə Amerika arasında olan ixtilaflar rəsmi Yerevan üçün dayaq nöqtəsi yaradıb və münaqişənin həlli istiqamətində ciddi müzakirələr aparmaqdan boyun qaçırmasına səbəb olub.

H.Şəriətmədari sonra deyib: “Təəssüflər olsun ki, Ermənistan BMT-nin qətnamələrinə əməl etməyib və qurumun tövsiyə xarakterli və xəbərdarlıq kimi qəbul etdiyi qətnamələrin icra zəruriliyini tanımır. Bu kimi qətnamələr Ermənistanı bu sahədə hansısa addımlar atmağa məcbur etməyəcək”.

Politoloqun sözlərinə görə, Yaxın Şərqdə baş verən proseslər və böhranlar daha çox aktuallıq kəsb etdiyi üçün bütün səylər həmin böhranların həllinə yönəlib və Dağlıq Qarabağ münaqişəsinin həlli Yaxın Şərq böhranlarının fonunda qalıb: “Ümid edirəm ki, Yaxın Şərqdə vəziyyət stabilləşəcək və Dağlıq Qarabağ münaqişəsi siyasi mühitdə öz həqiqi yerini tapacaq”.

İranlı politoloq hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində BMT-nin nəzarəti altında iki ölkənin diplomatları, təcrübəli ekspertləri vasitəsilə danışıqlar aparılmalıdır.

XƏBƏRİ PAYLAŞ