DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Azərbaycan və Türkiyənin hərbi hava qüvvələri birgə təlimlər keçirəcəklər

Azərbaycan və Türkiyənin hərbi hava qüvvələri martın 7-dən 25-ə kimi "TURAZ Şahini-2016 " adı altında hərbi təlimlərə başlayacaq. Bu barədə Dailykarabakh-a Türkiyə Silahlı Qüvvələrinin rəsmi saytına istinadən məlumat verir.

Məlumata əsasən, hərbi hava qüvvələrinin birgə təlimi Türkiyənin Konya vilayətində keçiriləcək.

Keçən il avqustun 22-dən sentyabrın 18-ə kimi Azərbaycan və Türkiyənin hərbi hava qüvvələri “TurAz Qartalı - 2015” adı altında ortaq hərbi təlimlər keçiriblər.

XƏBƏRİ PAYLAŞ