DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

ATƏT cəbhədəki vəziyyətə görə həmsədrlərlə intensiv işləyir

“ATƏT-ə sədrlik edən Almaniya həqiqətən Minsk qrupu prosesini gücləndirməyin yollarını araşdırır”.

Dailykarabakh-ın məlumatına görə, bunu APA-ya ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Günther Baxler Almaniya sədrliyi dövründə Minsk qrupu ölkələrinin geniş formatda görüşünün keçirilməsi ilə bağlı suala cavabında deyib.

Onun sözlərinə görə, bununla yanaşı, Almaniya sədrliyi məsələni irəli aparmaq yollarını müzakirə etmək üçün həmsədrlərlə sıx əlaqədədir: "Ən vacib məsələ isə təmas xəttində və sərhəd boyunca zorakılığın səviyyəsini azaltmaqdır".

XƏBƏRİ PAYLAŞ