DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Əsəd: “Suriyanın İŞİD-dən azad olunmasında Rusiyanın dəstəyi əsasdır”

“Suriyanın İŞİD terrorçularından azad edilməsində Rusiyanın dəstəyi əsas rol oynayır”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Suriya prezidenti Bəşər Əsəd bəyan edib.

“Suriya xalqının belə bir iradəsi var. Suriya ordusu bütün bölgələri azad etmək niyyətindədir. Bu məsələdə bizi dostlarımız dəstəkləyir. Nəticələrin əldə olunmasında Rusiyanın dəstəyi əsas olub”, - deyə o vurğulayıb.

Bununla yanaşı Əsəd İran və “Hizbullah” hərəkatının dəstəyini də qeyd etməyi unutmayıb.

XƏBƏRİ PAYLAŞ