DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Elmar Məmmədyarov amerikalı həmsədrlə görüşdü

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik ilə görüşüb.

Dailykarabakh-ın məlumatına görə, bu barədə həmsədr öz "Twitter" səhifəsində yazıb.

Görüş Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Vaşinqtonda keçirilən nüvə təhlükəsizliyi sammitində iştirak çərçivəsində baş tutub.

Xatırladaq ki, bundan öncə amerikalı həmsədr Ermənistanın xarici işlər naziri Eduard Nalbandyanla da görüşmüşdü.

XƏBƏRİ PAYLAŞ