DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Azərbaycan dünya ictimaiyyətini Ermənistana təzyiq etməyə çağırır"

Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən hadisələrə münasibət bildirib.

"Report" xəbər verir ki, Bakıda keçirilən Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xüsusi İşçi Qrupunun 44-cü iclasında çıxış edən X.Xələfov son hadisələrlə bağlı narahatlığını ifadə edib.

O bildirib ki, Azərbaycan dünya ictimaiyyətini münaqişənin sülh yolu ilə həllinə vadar etmək üçün Ermənistana təzyiq etməyə çağırır.

"Ermənistan Azərbaycan ərazisini tərk etməli və münaqişə Azərbaycan ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır", - nazir müavini qeyd edib.

O vurğulayıb ki, təmas xəttində baş verən hadisələrə görə, bütün məsuliyyət Ermənistanın üzərinə düşür.

XƏBƏRİ PAYLAŞ