DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Tərtərə mərmi düşüb, 16 yaşlı qız ölüb

Ermənilərin yaşayış məntəqələrini artilleriya zərbələri ilə atəşə tutması nəticəsində 16 yaşlı qız həlak olub.

Bu barədə Trend-ə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məlumat verib.

İcra başçısı bildirib ki, hadisə bu gün səhər saatlarında Tərtər rayonunun Həsənqaya kəndində baş verib. Ermənilərin ağır artilleriyadan atəşi nəticəsində kənddə eüvlərdən birinə mərmi düşüb. Hadisə nəticəsində evdə olan Kəlbəcər rayonundan olan məcburi köçkün , 2000-ci təvəllüdlü Həsənova Turanə Kamandar qızı həlak olub.

Kəlbəcər rayonundan məcburi köçkün olan Həsənovlar ailəsi Həsənqaya kəndində məskunlaşıb.

Baş Prokurorluğun mətbuat xidmətindən dailykarabakh-a bildiriblər ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmış, istintaq aparılır.

XƏBƏRİ PAYLAŞ