DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Kreml: “Dağlıq Qarabağda hadisələrin inkişafı böyük narahatlıq yaradır"

“Dağlıq Qarabağda hadisələrin inkişafı böyük narahatlıq yaradır və bu fikri bütün bölgə dövlətləri bölüşür".

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O bildirib ki, həm Rusiya xətti ilə, həm də beynəlxalq səviyyədə tərəflərlə rabitə qurulur: “Bizim dəfələrlə vurğuladığımız narahatlıq təəssüf ki, hələ də qalır. Bu narahatlıq regionun bütün ölkələri tərəfindən, Minsk beşliyində iştirak edən ölkələr tərəfindən tamamilə bölüşülür. Buna görə də təbii ki, indi çox ciddi səylər göstərilir”.

XƏBƏRİ PAYLAŞ