DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Müdafiə nazirliyimizə təklifim var...

Əziz şəhidlərimizi daha yaxından tanıyaq.

Bir az əvvəl son döyüşlər zamanı şəhid olmuş qardaşımız şəhid polkovnik-leytenant Raqif Orucovun Sumqayıtda ailəsini zyarət edib,şəhidimizə Allahdan rəhmət,əzizlərinə səbr dilədik.

Şəhidlər arasında onun adını eşidən zaman qəribə hisslər keçirmişdim.Onu yaxından tanıyırdım.Ön cəbhə bölgələrinə səfərlərimiz zamanı tanış olmuşdum.Əsl hərbçi idi. Vətənini dəlicəsinə sevən bir insan. 20 yaşında olanda evini itirmişdi Raqif bəy. Ağdamın Cinli kəndindəndir. Çox gənc yaşlarında kəndləri,evləri işğal olunub və anasını da həmin zaman itirib. 42 yaşlı anası işğalçı Ermənistanın doğulduğu kəndi işğal etməsi zamanı şəhid olub.Çullu kəndində dəfn ediblər. Amma qəbirdaşı belə qoya bilməyiblər. İşğalçı Ermənistan Çullunu da işğal edib mərhumun 7-nə qədər. 40-nı Ağdamın mərkəzində veriblər və o bütün həyatını torpaqlarımız işğaldan azad olunana qədər hərbidə keçirəcəyinə,torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizə aparacağına and içib Raqif qardaşımız. Hərbi həyatının böyük hissəsi ön cəbhədə keçib. Ağdamdan isə ayrıla bilmirmiş.Əfətli yaxınlığında yüksəklikdən kəndimizə, anamın məzarına baxıram deyərdi. Torpaqlarımızı işğaldan azad etmək arzu və istəyi ilə yaşayardı. Dəyərli xanımı Sevinc xanım fotoları göstərir. Amma ailəsi ilə birlikdə istirahətdə olan bir foto da yoxdur. "Hər zaman deyərdi nə istirahət ay xanım indi istirahət vaxtıdı indi ön cəbhədə işləmək vaxtı"-deyərdi deyə kövrək səslə danışır Sevinc xanım.Ən son ailəyə sözü də oğluna yaxşı oxumaq, imtahanları qazanmaq məsləhəti olub.Sevinc xanım danışdıqca Raqif bəyin gülər üzünü, işğal olunmuş torpaqlardan danışanda gözlərindəki kədər və intiqam hissini xatırlayırdım.Onun haqqında geniş bir yazı yazacam.

Onun gördüyü önəmli işlər,xidmətləri heç zaman unudulmayacaq.Dəyərli xanımı Sevinc xanıma, iki gözəl və ağıllı oğluna Allah hər zaman yardımçı olsun. Əziz şəhidimiz Raqif qardaşımız heç zaman unudulmayacaq. Ailəsinin tək istəyi qanı yerdə qalmasın və onun doğulub,böyüdüyü torpaqlarımız işğaldan azad edilsin və onun adı orada da əbədiləşdirilsin. Müdafiə nazirliyimiz yaxşı olardı ki şəhid oğullarımızın adına azad etdiyimiz yüksəkliklərdə bir xatirə lövhəsi, abidəsi qoysun. Bu çox gözəl bir adddım olardı.Nur içində yat Raqif qardaşımız və bütün digər şəhid qardaşlarımız.

Ağlayıb düşməni sevindirməməliyik,Vətən sağ olsun deyən Vaqif dayı kimi şəhid valideynlərinin qarşısında baş əyirik.
Şəhidlərimizi daha yaxından tanıyaq və onların Vətən sevgisindən örnək götürək.(2-ci yazı)
Ön cəbhədə son hadisələr zamanı şəhid olan Murad Vaqif oğlu Məmmədovun ailəsini ziyarət edib, şəhidimizə Allahdan rəhmət,ailəsinə səbr dilədik. Şəhidimizin atası Vaqif dayının mərdliyi və mətanəti qarşısında baş əydik.Oğlumun Vətən yolunda,torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmasından qürur duyuram,təki Vətənimiz sağ olsun,torpaqlarımız işğaldan azad olunsun deyirdi Vafiq dayı. Martın 10-da 10 günlük məzuniyyətə gəlibmiş Murad qardaşımız. 20-də nişan aparacaqdılar ona. Amma ön cəbhədə vəziyyət gərginləşdiyindən yarımçıq qayıdıb.Nişanına gedə bilməyib. Onsuz ediblər nişanı ölümündən 13 gün əvvəl. Yaradan onu şəhidlik məqamı yazıbmışı.Ailənin İki oğul övladının ikisi də hərbidə qulluq, Vətənə xidmət edirdi. Onun haqqında o qədər gözəl sözlər danışırdı ki, ailəni ziyarətə gələnlər. Vətənpərvər bir gənc olub. Hər zaman torpaqlarımızı işğaldan azad etmək eşqi ilə yanıb dəyərli şəhidimiz. Ailəsi, dəyərli atası da onları elə bu ruhda böyüdüb. Ağlamamalıyıq,düşməni sevindirməməliyik, oğlumun Vətən yolunda şəhid olmasından qürur duyuram deyir Vaqif dayı. Vətən sağ olsun sözü isə heç dilindən düşmürdü.


Söhbət zamanı da söylədim. Belə dəyərli valideynlərlə fəxr edirik. Onlar bir çoxları üçün sözün əsl mənasında bir örnəkdirlər. Nur içində yatsın Murad qardaşımız. Vətənimiz də, millətimiz də heç bir zaman onları unutmayacaq və hər zaman sevgi ilə xatırlayacaq. Ağlayıb düşməni sevindirməməliyik,Vətən sağ olsun deyən şəhidimiz Murad qardaşımızın atası Vaqif dayının və əziz anasının qarşısında baş əyirik.Ailəsinin tək istəyi qanı yerdə qalmasın və torpaqlarımız işğaldan azad edilsin və onun adı orada da əbədiləşdirilsin. Müdafiə nazirliyimizə təklifimi bir daha söyləmək istəyirəm.Yaxşı olardı ki şəhid oğullarımızın adına azad etdiyimiz yüksəkliklərdə bir xatirə lövhəsi, abidəsi qoysun. Bu çox gözəl bir adddım olardı.Nur içində yatın əziz şəhidlərimiz.

Qənirə Paşayeva - millət vəkili

XƏBƏRİ PAYLAŞ