DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Şəhid pilotlarımızın vida mərasimi harada keçiriləcək?

Aprelin 2-də gedən döyüşlərdə erməni mövqelərinə aviasia zərbələri zamanı düşmən tərəfindən vurulan Mİ-24 helikopterində şəhid olan hərbiçilərimiz, mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə və baş leytenant Bəkir İsmayılovun vida mərasiminin sabah Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçiriləcəyi gözlənilir. Bu barədə dailykarabakh-a Urfan Vəlizadənin qohumları məlumat verib. Vida mərasimi səhər saat 10:00-da başlayacaq.

Hər üç şəhidimizin Şəhidlər Xiyabanında dəfn olunacağı deyilir.

Qeyd edək ki, pilotlarımızın cənazələri bu gün Azərbaycan tərəfinə verilib.


XƏBƏRİ PAYLAŞ