DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Möhsin Pakayin: “Dağlıq Qarabağ hökuməti” öz nümayəndəliyini ABŞ, Fransa və İngiltərədə açıb

İranın Azərbaycandakı səfiri Minsk qrupunu Dağlıq Qarabağ münaqişəsinin həllində acizlik göstərməkdə ittiham edib.

İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsin Pakayin dailykarabakh-a bildirib ki, 1994-cü ildə Tehran sazişi icra olunmadığı üçün Dağlıq Qarabağ münaqişəsinin həlli ATƏT-in Minsk qrupuna tapşırıldı:

“Təəssüflər olsun ki, Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllində özünü aciz göstərdi. Bu gün bu münaqişə həll olunmamış qalmaqla yanaşı heç bir ölkə tərəfindən tanınmayan qondarma “Dağlıq Qarabağ hökuməti” öz nümayəndəliyini ABŞ, Fransa və İngiltərədə açıb.

Bu nümayəndəliklər müxtəlif sahələrdə, o cümlədən Qarabağa vizanın verilməsi, turistlərin ora səfərinin təşkili, Qərb şirkətlərinin Qarabağa sərmayə yatırması üçün şəraitin yaradılması və Qarabağın müstəqilliyi üçün beynəlxalq təşkilatlarda siyasi fəaliyyətlərin aparılması üçün çalışırlar”.

Səfir bildirib ki, İran həmişə özünün qonşu bölgələrində, o cümlədən Dağlıq Qarabağda sülh və sabitliyin olmasını istəyir və regionda mövcud münaqişənin həllinə yardım etməyə hazırdır.

Onun sözlərinə görə, İran Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycan və Ermənistan arasında müzakirələri dəstəkləyir.

XƏBƏRİ PAYLAŞ