DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Sergey Lavrov: Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına sadiqdir

ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə yeni həllərin axtarışı və artıq əldə edilmiş həllərin reallaşdırılması prosesinə sadiqdir.

dailykarabakh-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüşün açılışında deyib.

S.Lavrov bildirib ki, mən şadam ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləmək üçün artıq atılmış addımlara əlavə edə biləcəyimiz imkanımız yaranıb: "Hər bir həmsədr ölkə bu prosesə sadiqdir".

XƏBƏRİ PAYLAŞ