DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Ermənistanın real itkiləri: 322 ölü, 500-dən çox yaralı

2-5 aprel günlərində hərbi əməliyyatların gedişində Ermənistan ordusu 322 nəfər əsgər və zabit itirib, 500-dən çox yaralı və 50-dən çox itkin var.

Ermənistan rəhbərliyi itkilərin sayını gizlətmək üçün ölənlərin bir qismini “itkin düşmüş” elan edib, onların bir hissəsi basdırılıb, digər hissəsi isə qeyri-döyüş itkisi kimi və “aprelin 5-dən sonra atışmalarda ölənlər” kimi qələmə verilir.

Dailykarabakh xəbər verir ki, bu barədə Ermənistan mətbuatında arada məlumat getsə də, sonradan bu məlumatlar silinib və yayımı qadağan edilib.

Bəzi məlumatlara görə, fərarilik edərək İrana qaçan erməni əsgərləri də “itkin düşənlər”in siyahısına daxil edilib.

“İtkin” kimi qələmə verilənlərin bir hissəsi heç kimə xəbərdarlıq edilmədən basdırılıb. Qalanları isə morqdadır və bir-bir çıxarılaraq cəmiyyətə təqdim edilir.

Qeyd edək ki, ötən gecə işğal olunmuş ərazilərdəki təmas xəttində Ermənistan tərəfi atəşkəsi yenidən pozaraq, təxribata cəhd edib və Azərbaycan ordusunun bir əsgəri həlak olub. Qarşı tərəfə sarsıdıcı cavab verilib və onun canlı qüvvəsində xeyli itkiləri vardır. /AzVision.az/

XƏBƏRİ PAYLAŞ