DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Son hadisələrdə itkin düşən hərbçimizin meyiti tapılıb

Erməni saytları qoşunların təmas xəttində Azərbaycan hərbi qulluqçusunun meyitinin aşkar edilməsi barədə məlumat yayıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Dailykarabakh-a bildirblər ki, hazırda məsələ ilə bağlı Azərbaycan tərəfi araşdırmalara başlayıb: "Məlumat erməni saytlarında yayılıb. Hələlik araşdırma aparılır. Fakt təsdiqini taparsa, məlumat veriləcək".

Müdafiə Nazirliyi isə Dailykarabakh-ın sorğusuna cavab olaraq bildirib ki, erməni tərəfinin hərbi qulluqçumuzun meyitinin tapılması ilə bağlı verdiyi xəbər təsdiqini tapıb.

Hazırda onun təhvil alınması ilə bağlı müvafiq qurumlarla hazırlıq və əlaqələndirmə işləri aparılır.

Xatırladaq ki, aprelin 2-dən 5-dək təmas xəttində ermənilərin təxribat törətməsi nəticəsində itkin düşmüş Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi - kiçik gizir Baxışov Seymur Qulamhüseyn oğlunun taleyi barədə bu günə qədər məlumat əldə etmək mümkün olmayıb.

XƏBƏRİ PAYLAŞ