DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Ermənistan ordusu itki verib

Ermənistanın “Astxik” tibb mərkəzində aprel ayının əvvəlində Dağlıq Qarabağda gedən döyüşlərdə yaralanan erməni hərbçilərdən biri ölüb.

Dailykarabakh Ermənistan KİV-nə istinadən bildirir ki, bunu ölkənin səhiyyə naziri Armen Muradyan deyib.

Onun sözlərinə görə, güllə onun baş nahiyəsindən dəyib və tibbi tədbirlərə baxmayaraq, yaralı əsgəri xilas etmək mümkün olmayıb.

Bundan başqa nazir cəbhəyə könüllü gedən iki nəfərin ağır yanıq xəsarətlər aldığını və həkimlərin müdaxiləsindən sonra xilas edildiyini də əlavə edib.

XƏBƏRİ PAYLAŞ