DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

"Dağlıq Qarabağın yekun statusu məsələsi beynəlxalq vasitəçiliyin predmeti olaraq qalır"

“Dağlıq Qarabağın yekun statusu məsələsi ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında beynəlxalq vasitəçiliyin predmeti olaraq qalır və ona hərtərəfli həllin tərkib hissəsi kimi baxılmalıdır".

Bu sözləri APA-ya açıqlamasında Ermənistan prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağı Ermənistanın ayrılmaz tərkib hissəsi adlandırmasına münasibət bildirən ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib. “Biz həll prosesinin tərəflər üçün vacib olan bütün elementləri üzərində işləmək prinsipinə sadiqik”, - deyə o, söyləyib.

Xatırladaq ki, bir neçə gün öncə Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağın Ermənistanın ayrılmaz tərkib hissəsi olduğunu bildirib.

XƏBƏRİ PAYLAŞ