DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Yaponiyanın hakim partiyası: Dağlıq Qarabağ münaqişəsinin tez həll olunması Qafqaz üçün çox vacib məsələdir

Yaponiya höküməti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı atəşkəs rejimini dəstəkləyir.

Trend-in məlumatına görə, bunu Bakıda səfərdə olan Yaponiyanın Liberal Demokrat Partiyasının Nümayəndələr Palatasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Kazunori Tanaka bu gün jurnalistlərə bildirib.

O qeyd edib ki, Yaponiya hökuməti sülhün bərqərar olması üçün öz dəstəyini göstərməyə hazırdır: "Düşünürəm ki, bu münaqişənin tezliklə həll olunması Qafqaz regionu üçün çox vacib məsələdir".

Qonaq həmçinin Azərbaycanın xeyil inkişaf etdiyini bildirib: "Azərbaycanın necə gözəl ölkə olduğunu öz gözümüzlə görə bildik".

XƏBƏRİ PAYLAŞ