DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Rusiya Silahlı Qüvvələrinin xaricdə istifadə edilməsi barədə qərar Dağlıq Qarabağ ətrafında vəziyyətə təsir edəcək?

Rusiya Silahlı Qüvvələri kontingentinin xaricdə istifadə edilməsinə razılıq verilməsi barədə qərar Dağlıq Qarabağ ətrafında vəziyyətə təsir etməyəcək. Bunu Trend-ə MDB Ölkələri İnstitutunun sədr müavini Vladimir Jarixin deyib.

Onun sözlərinə görə, bu qərar yalnız Suriyadakı vəziyyətlə əlaqərdardır və heç cür Cənubi Qafqaza toxunmayacaq.

Ekspert vurğulayıb ki, Qafqaz ərazisində bu qərarın heç bir nəticəsi olmayacaq.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Federasiya Şurasına müraciət edərək Silahlı Qüvvələrdən ölkə xaricində istifadə etmək üçün icazə istəyib.Federasiya Şurası Rusiya Prezidentinin istəyini qəbul edib.

XƏBƏRİ PAYLAŞ