DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Azərbaycanın işğal edilmiş ərazilərinin qanunsuz təbliğinin qarşısı alındı

Fransanın Paris şəhərində sentyabrın 29-dan keçirilən "Top Resa 2015" beynəlxalq turizm sərgisində Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərinin təbliğinin qarşısı alınıb.

Mədəniyyət və Turizm Nazirliyindən dailykarabakh-a verilən məlumata görə, münaqişə zonalarının turizm məqsədilə təbliğinin və turizmin qanunsuz məqsədlərə görə istifadəsinin qarşısının alınması məqsədilə Azərbaycan tərəfindən təklif edilmiş və Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 2015-ci ilin 28-29 may tarixində Xorvatiyanın Rovinj şəhərində keçirilən 100-cü sessiyasında qəbul edilmiş "Münaqişə zonalarının turizm məkanı kimi və turizmin qanunsuz məqsədlər üçün istifadəsinin qarşısının alınması" qətnaməsi sayəsində Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərinin, Dağlıq Qarabağ regionunun “Top Resa 2015” beynəlxalq sərgisində təbliğinin qarşısı uğurla alınıb.

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, həmçinin, milli turizm şirkətləri artıq yeddinci dəfədir ki, “Top Resa” beynəlxalq turizm sərgisində iştirak edirlər. Bu il “Top Resa 2015” beynəlxalq sərgisində 160 ölkənin 365 stendi qurulmuşdur.
Sərgi oktyabrın 2-dək davam edəcək.

XƏBƏRİ PAYLAŞ