DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Müdafiə Nazirliyi aprel müharibəsində ermənilərin itkilərini açıqladı

Aprel ayında cəbhə xəttində baş verən hadisələr zamanı 320-dən artıq erməni hərbçisi məhv edildi, 500-də artıq hərbçisi yaralandı, 30 tankı və digər zirehli texnikası, 25-dən artıq artireliya qurğusu məhv edildi.

Dailykarabakh-ın məlumatına görə, bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bu gün Milli Məclisdə keçiriklən “Təmas xəttində son hadisələr: Beynəlxalq humanitar hüququn problemləri” adlı dinləmələrdə deyib.

V.Dərgahlı bildirib ki, Ermənistan tərəfi aprel hadisələrinə qədər daim digər ölkələri münaqişəyə cəlb etmək üçün təxribatlar törədib.

O deyib ki, 2014-cü ildə prezidetnlərin noyabr ayında görüşündən sonra Ermənistan tərəfi Dağlıq Qarabağ ərazisində böyük hərbi təlim keçirdi: “Yəni Ermənistan tərəfi həmin dövürdə gərginliyə hesablanmış bir addım atdı. O dövürdə Ermənistan tərəfi məqsədyönlü şəkildə gərginlik yaratdı. Ermənistan təmas xəttindən başqa, sərhəddə olan ərazilərdəki mövqelərimizi atəşə tuturdu və bununla da başqa ölkələri münaqişəyə cəlb etməyə çalışırdı”.

V.Dərgahlı bildirib ki, 2015-ci ilin payızı ayından başlayaraq Ermənistan tərəfi qoşunların təmas xəttinə yaxın ərazilərdə və sərhəddə mülki əhalini atəşə tuturdu: “2016-ci ilin mart ayından başlayaraq Ermənistan tərəfi əhalini atəşə tutmağı daha da gücləndirdi. Vəziyyəti gərginləşdirmək məqsədiylə artireliya qurğularından həm döyüş mövqeərimizi, həm təmas xəttinə yaxın olan mülik əraziləri atəşə tutrdu. Ötən aprel ayını 2-ə keçə gecə bütün mövqlərimi atəşə tutdu, eyni zamanda mülki əhalini. Azərbaycan tərəfindən adekvat tədbirlər görülməsi ilə bağlı qərar qəbul edild və cavab zərbələri endirildi. Düşmən müdafiənin ön xəttində və dərinliyində yerləşən kordinatları müəyyənləşdirildi, canlı qüvəsi və hərbi texnikası məhv edildi”.

V.Dərgahlı bildirib ki, bu hadisələr zamanı Azərbaycan Ordusunun çox az hissəsi istifadə olundu.

XƏBƏRİ PAYLAŞ