DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

The Washington Post: Təmas xəttində vəziyyət Azərbaycanın xeyrinə dəyişdi

Bu ilin aprelində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsi, demək olar, münaqişənin sülh yolu ilə nizamlanmasına olan ümidlərin puç olmasına gətirib çıxardı. Dailykarabakh-ın məlumatına görə, bu barədə York Universitetinin əməkdaşı Nina Kaspersenin "The Washington Post"da dərc edilən məqaləsində deyilir.

Məqalədə bildirilir ki, müvəqqəti barışığın əldə olunmasına baxmayaraq, Dağlıq Qarabağ münaqişəsi zonasındakı sakitlik kövrək olaraq qalır və hərbi əməliyyatlar hər an başlaya bilər: "Azərbaycan və Ermənistan liderləri hərtərəfli nizamlanmaya gətirib çıxarmalı olan iyun görüşünə hazırlaşırlar, lakin buna nail olmaq çətin olacaq. 20 ildən artıq aparılan danışıqlar heç bir nəticə verməyib".

Müəllif hesab edir ki, aprelin əvvəlində başlayan gərginliyin eskalasiyası qoşunların təmas xəttində vəziyyəti Azərbaycanın xeyrinə dəyişdi: "Bu vacibdir, çünki azad olunmuş mövqelər və yüksəkliklər strateji əhəmiyyət daşıyır. Azad edilən ərazi kifayət qədər genişdir. Azərbaycan ermənilərin qüruruna güclü zərbə endirməklə onlara başa saldı ki, Dağlıq Qarabağdakı mövqelər elə də güclü deyil”.

XƏBƏRİ PAYLAŞ