DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Binəli Yıldırım: Ermənistan işğalçı siyasətindən əl çəkməlidir

Ermənistan işğalçı siyasətindən əl çəkməli və Azərbaycan ilə xoş qonşuluq münasibətləri qurmalıdır. Dailykarabakh "TRT Haber"ə istinadən məlumat verir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım Bakıya səfəri öncəsi deyib.

Baş nazir bildirib ki, Yerevanın işğalçı siyasəti Ermənistanı izolyasiya vəziyyətinə salıb. B.Yıldırım vurğulayıb ki, hər kəsə məlumdur ki, Ermənistan öz qonşularına qarşı, xüsusilə Azərbaycana qarşı aqressiya nümayiş etdirir.

B.Yıldırım bildirib: "Qoşunların təmas xəttində Ermənisatnın təxribatlarına Azərbaycanın cavabı - Azərbaycanın müdafiə sahəsində uğurlarının bariz nümunəsidir".

O, həmçinin qeyd edib ki, Türkiyə ilk gündən Azərbaycanı dəstəkləyibvə bundan sonra da dəstəkləməkdə davam edəcək.

XƏBƏRİ PAYLAŞ