DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Həmsədrlər: “Nazirlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsinə sadiq olduqlarını bir daha təsdiq etdilər”

“Nazirlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsinə sadiq olduqlarını bir daha təsdiq etdilər”

Dailykarabakh-ın məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupu həmsədrlərinin 31 may tarixində Brüsseldə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və 2 iyun tarixində Parisdə Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşlərinin yekunu ilə bağlı yaydıqları bəyanatda bildirilir.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrini şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Həmsədrlər ATƏT-in fəaliyyətlə olan sədrinin xüsusi nümayəndə ofisinin genişləndirilməsi və ATƏT araşdırma mexanizmlərinin qurulması ilə bağlı sənəd layihəsini tərəflərin baxması üçün nazirlərə təqdim ediblər: “Nazirlər prezidentlərin hərtərəfli sülh sazişi istiqamətində danışıqları bərpa etmək istiqamətində iyun ayında danışıqların növbəti mərhələsinin keçirilməsinə razılıqlarını təsdiqləyiblər”. /APA/

XƏBƏRİ PAYLAŞ