DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

“Qarabağ”a uduzan “Anderlext”in baş məşqçisi nələrə toxundu?

“Əlinə düşən 6 qol imkanından istifadə edə bilmirsənsə, mütləq səni cəzalandıracaqlar. İlk hissədə futbolçularım çox zəif təzir bağışladı. Top bizdə olanda nə edəcəklərini bilmirdilər. İkinci hissədə yaxşı oynasaq da, bunun faydası olmadı”.

dailykarabakh-ın məlumatına görə, bu sözləri “Anderlext”in baş məşqçisi Besnik Hasi Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a uduzduqları oyundan (0:1) sonra keçirdiyi mətbuat konfransında deyib.

O, komandasından razı qalmadığını, müəyyən çatışmazlıqların olduğunu bildirib: “Qarabağ”ın iki zərbəsindən biri qol oldu. Biz isə 6 real qol imkanından yararlana bilmədik. Qol vurmağa çətinlik çəkirik. Bu çatışmazlığın üzərində işləyirik. Düşünmürəm ki, ən zəif oyunumuz idi. Bu gün xal qazanmalı idik. Avrokuboklarda adi oyun olmur. Burda sona qədər mübarizə aparmaq lazımdır.

Mən yenə də qeyd edirəm ki, mənim komandam daha güclüdür. Ancaq rəqibi heç vaxt kiçiltmək fikrim olmayıb. Avropada zəif komanda yoxdur“.

XƏBƏRİ PAYLAŞ