DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Rusiya müdafiə nazirindən Azərbaycanla əməkdaşlığa dair daha bir jest

Rusiya və Azərbaycan hərbi əməkdaşlığı davam etdirəcək. Dailykarabakh RİA Novosti-yə istinadən məlumat verir ki, bunu RF müdafiə naziri Sergey Şoyqu Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşdə bildirib.

S.Şoyqu qeyd edib ki, iki ölkə arasında mövcud olan bütün əməkdaşlıq sahələri kimi, hərbi əməkdaşlığımız da strateji xarakter kəsb edir: "Hazırkı və 2016-cı il üçün əməkdaşlıq planlarımızdan danışsaq deyə bilərəm ki, bu planlar çox zəngindir".

Daha sonra rusiyalı nazir əməkdaşlığın artması və inkişafı üçün potensil olduğunu da əlavə edib: "Biz dost strateji əməkdaşlığımızın və əlaqələrimizin daha da inkişaf etməsi üçün hər şeyi edəcəyik".

XƏBƏRİ PAYLAŞ