DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Ermənistanda olan azərbaycanlı əsir, girovların qaytarılmasına dair layihə təqdim olunub

Kəlbəcərdə ermənilər tərəfindən girov götürülmüş azərbaycanlılar - Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi istiqamətində aidiyyatı beynəlxalq təşkilatlarla iş davam etdirilir.

Dailykarabakh-ın məlumatına görə, bunu Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi İsmayıl Axundov bu gün Milli Məclisdə keçirilən “18 - Azərbaycanda insan hüquqları gününə həsr olunmuş dinləmələrdə” deyib.

İ.Axundov bildirib ki, hazırda Komissiya tərəflərin əlində saxlanılan şəxslərin dərhal azad edilməsi və gələcəkdə əsir və girov götürülən şəxslərin, eyni zamanda qısa müddət ərzində geri qaytarılması ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən saziş layihəsinin hazırlanaraq hər iki tərəfin müzakirəsinə təqdim edilməsini təklif edib.

Onun sözlərinə görə, hazırda bununla bağlı Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən məsləhətləşmələr aparılr.

İ.Axundov əlavə edib ki, bu il aprelin 2-5-də ermənilərin təxribatı nəticəsində qoşunların təmas xəttində hərbi əməliyyatlar zamanı itkin düşmüş Azərbaycan hərbçilərinin sonrakı taleyinin aydınlaşdırılması ilə bağlı Prezident İlham Əliyevin tapşırığı ilə Dövlət Komissiyasının işçi qrupu sutkalıq iş rejimində çalışıb.

Onun sözlərinə görə, həlak olmuş 19 erməni hərbçinin meyiti qarşı tərəfə verilib, 13 Azərbaycan hərbçisinin meyiti alınıb.

İ.Axundov əlavə edib ki, hazırda 3803 nəfər əsir və girov kimi Komissiyada qeydiyyatdadır, onlardan 252 nəfəri qadın olmaqla, 709 nəfəri mülki şəxsdir.

İşçi qrupunun rəhbəri bildirib ki, Ermənistan tərəfi əsir və girovlarla bağlı statistikanı gizlədir, inkar edir: "Bununla belə, Komissiya əsir və girovların azad edilməsi istiqamətində fəaliyyətini davam etdirir".

XƏBƏRİ PAYLAŞ