DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Prezident İlham Əliyev: "Status-kvonun dəyişməsi üçün Azərbaycan ərazilərinin işğalına son qoyulmalıdır"

Status-kvonun dəyişməsi üçün Azərbaycan ərazilərinin işğalına son qoyulmalıdır. Dailykarabakh-ın məlumatına görə, bunu Sankt-Peterburqda Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə görüşdə bildirib.

İlham Əliyev deyib: "Əlbəttə, bu gün əsas müzakirə mövzusu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasıdır. Mən görüş keçirmək təşəbbüsünə, Rusiyanın nizamlanma işində oynadığı konstruktiv rola görə Sizə təşəkkür edirəm".

Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi uzanıb: “Rusiya və ATƏT-in Minsk qrupunun digər həmsədlərinin bəyan etdiyi kimi, status-kvo qəbuledilməzdir. Biz bu bəyanatı tam dəstəkləyirik, lakin status-kvonun dəyişməsi üçün 20 ildən artıqdır işğal altından olan Azərbaycan ərazilərinin işğalının dayandırılmasına başlamaq lazımdır”.

İlham Əliyev vurğulayıb ki, bu məsələ Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar zamanı müzakirə olunacaq: "Bizdə ümid var ki, son iki ildə praktiki olaraq aparılmayan danışıqlar prosesinə konstruktiv dinamika verə biləcəyik”.

XƏBƏRİ PAYLAŞ