DAILYKARABAKH
Hər şey ədalət üçün!
 

Novruz Məmmədov: Prezidentlərin Sank-Peterburq görüşündə münaqişənin mərhələli həlli ilə bağlı razılığa gəlindi

Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən görüşü zamanı Dağlıq Qarabağ münaqişənin mərhələli həllinə üstünlük verildi.

Dailykarabakh-ın məlumatına görə, bunu telekanallara müsahibəsində Azərbaycan Prezidenti Adminstrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

N.Məmmədov bildirib ki, bundan sonra münaqişənin həllində mərhələli şəkildə irəliyə getmək lazımdır:

“Münaqişənin mərhələli həlli məlumdur. Əvvəlcə Azərbaycanın 5 rayonunun azad olunması, ondan sonra 2 rayonun azad olunması və dəhlizin müəyyən edilməsidir. Daha sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi gəlir. Bu istiqamətdə tərəflər prinsip etibarilə razılığa gəldilər ki, irəliləsinlər. Hələlik bunlarla bağlı razılığa gəlinib, amma sonra Ermənistan tərəfindən düşünülmüş təxribat xarakterli addımlar atılır və deyilir ki, bunu edə bilmirəm, verdiyim sözü yerinə yetirə bilmirəm”.

XƏBƏRİ PAYLAŞ